Arının sancdığı Cəlilabad sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Arının sancdığı Cəlilabad sakini ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
# 11 iyul 2016 10:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Cəlilabad sakinini eşşək arısı sancıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Seydəkəran kəndinə qonaq gələn Cəlilabadın Qarazəncir kənd sakini, 25 yaşlı Kamal Mirzəbala oğlu Həsənov arıların hücumuna məruz qalıb. Bədəninin ayrı-ayrı yerlərində səpmələr əmələ gələn zərərçəkmişə müvafiq yardım göstərilsə də, vəziyyəti normallaşmayıb. Kamal Həsənovun vəziyyətinin getdikcə ağırlaşdığını görən ev sahibləri onu Lənkəran MRX-a çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən xəstə həkim nəzarətinə götürülüb, hazırda vəziyyəti orta-ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR