Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan nefti 2 dollardan çox bahalaşıb.
Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən “APA-Economics”ə verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,72% və ya 2,17 dollar artaraq 60,40 dollar olub.