Balakəndə yük avtomobili yanıb

Balakəndə yük avtomobili yanıb
# 29 iyun 2016 22:56 (UTC +04:00)

Bakı-APA. Balakəndə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonu, Katex kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "KamAZ" markalı yük avtomobilinin yanar hissələri və avtomobilin banına yığılmış 2 ton ot bağlaması yanıb, yüksək temperaturdan divara quraşdırılmış qaz sayğacı əriyib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR