Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib

Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib
# 12 avqust 2015 14:04 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 42 yaşlı Ayaz Fikrət oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Hadisə yerində olan insanların müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Özünü yandırmaq istəyən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR