Bakı-APA. Moldova hökuməti İlk Avropa oyunlarında qalib olacaq idmançılar üçün mükafatın məbləğini açıqlayıb.
APA-nın moldova.sports.md saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, Bakı 2015-də qızıl medal qazananlar 11 min ABŞ dolları, gümüş medal qazanıb 2-ci yeri tutanlar 8,8 min dollar, 3-cü yer, yəni, bürünc medal qazananlar isə 6,6 min dollar mükafat alacaqlar.