FHN əməkdaşları Lənkəranda köməksiz vəziyyətdə qalan 23 şəxsi xilas edib

FHN əməkdaşları Lənkəranda  köməksiz vəziyyətdə qalan 23 şəxsi xilas edib
# 25 noyabr 2014 09:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda köməksiz vəziyyətdə qalan 23 nəfəri xilas edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, noyabrın 25-də, Lənkəran rayonunun Girdəni kəndi ərazisində yağan yağışlar nəticəsində vətəndaşların fərdi yaşayış evləri və həyətyanı sahələri su ilə dolub. Əraziyə cəlb olunan Cənub Regional Mərkəzin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri köməksiz vəziyyətdə qalan 9 nəfəri uşaq olmaqla 23 nəfəri xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər. Hazırda xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR