Multikulturalizm Mərkəzi Astarada mühazirə keçirib - FOTO

Multikulturalizm Mərkəzi Astarada mühazirə keçirib - <span style="color: red;">FOTO
# 01 iyun 2015 08:52 (UTC +04:00)

Bakı-APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Astara rayonunda “Azərbaycan Multikulturalizmi” mövzusunda mühazirə keçirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astaranın Gənclər Evində düzənlənən, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə mərkəzin Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru Rəşad İlyasov ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.

Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial-mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. O, multikulturalizmi başlıca siyasi prioritetlərindən birinə çevirən Azərbaycan dövlətinin ölkəmizdə tarixən formalaşan çoxmədəniyyətlilik situasiyasının dayanıqlığını təmin etməklə yanaşı, bunun dünya siyasətinə dəyərli bit töhfə olaraq təqdim edilməsi istiqamətində xeyli əhəmiyyətli təşəbbüslər irəli sürdüyünü də qeyd edib.

Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edən “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR