Abşeron rayonunda 4 otaqlı ev yanıb

Abşeron rayonunda 4 otaqlı ev yanıb
# 12 iyul 2016 02:13 (UTC +04:00)

Bakı-APA. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və hamamın tavanı 30 kv.m sahədə yanıb.

Evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 02:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR