Vəkil: “Arsen Baqdasaryan azərbaycanlıların ona qarşı münasibətinin bu səviyyədə olacağını gözləmirmiş”

Vəkil: “Arsen Baqdasaryan azərbaycanlıların ona qarşı münasibətinin bu səviyyədə olacağını gözləmirmiş”
# 13 aprel 2015 16:36 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Ağdamda tutulan erməni kəşfiyyatçısının hüquqlarını qoruyan vəkil Ramiz Allahverdiyev deyib.

O bildirib ki, Azərbaycan vətəndaşı, 1994-cü ildə Xankəndində anadan A. Baqdasaryanın cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olandan sonra məhkəmənin qərarı ilə Baqdasaryanın müdafiəçisi təyin olunub. R. Allahverdiyevin sözlərinə görə, A. Baqdasaryan saxlanma şəraitindən çox razıdır. “O hətta bu şəraitdə saxlanılacağını, azərbaycanlıların ona qarşı münasibətinin bu səviyyədə olacağını gözləmədiyini deyib. Arsen Baqdasaryan Azərbaycan vətəndaşı olduğunu bura gələndən sonra bilib. Doğulduğu vaxt 1994-cü ilə təsadüf edir. Dediyinə görə, həmişə orada eşidib ki, azərbaycanlılar düşməndir. Azərbaycanlıların əlinə düşsəniz sizi öldürəcəklər, işgəncə verəcəklər. Burada tam əksini gördüyünə görə belə qərara gəldi ki, Dağlıq Qarabağda, Xankəndində və digər işğal altında olan ərazilərdə yaşayan ermənilərə müraciət etsin. Məhkəmə onun çıxışına şərait yaradıb”.

R. Allahverdiyev qeyd edib ki, A. Baqdasaryan özünü ittihamla tam təqsirli bilir və cəzasını məhkəmənin təyin etdiyi cəzanın ağırlığından asılı olmayaraq çəkməyə hazırdır.

“Təqsirləndirilən şəxsin müdafiəsi Azərbaycan Konstitusiyası və digər qanunlarla müəyyən edilmiş bir təminatdır. Milliyyətindən, dinindən, cinsindən və irqindən asılı olmayaraq hər kəsin hüquqlarının müdafiəsinə təminat verilir. Arsen Baqdasaryanın da hüquqlarının təminatını dövlət öz üzərinə götürüb. Düşmən mövqeyində, insanların şəxsiyyətini və ləyaqətini alçaldan hallara yol vermədən tam obyektiv məhkəmə prosesini aparmağa qadirik”, - deyə vəkil vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR