Bank Of Baku

Abşeron rayonunda sərnişin avtobusu 2 piyadanı vurub

Abşeron rayonunda sərnişin avtobusu 2 piyadanı vurub
# 27 aprel 2019 03:40 (UTC +04:00)

Abşeron rayonu, Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər yaralanıb.

ONA-nın xəbərinə görə, M.Ə.Rəsulzadə küçəsində yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Mirzəzadə Mərziyyə Sahib qızı və 2002-ci il təvəllüdlü Cəfərov Saday Rövşən oğlunu 535 saylı xətt marşutu üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralılar təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, M.Mirzəzadənin vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR