Paşha Bank
Bank Of Baku

Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digər iki nəfər saxlanılıb - YENİLƏNİB

Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digər iki nəfər saxlanılıb - YENİLƏNİB
# 21 oktyabr 2026 14:35 (UTC +04:00)

Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran daha bir şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə yerindən qaçan R.Qasımov polis tərəfindən görülmüş tədbirlər nəticəsində tutulub.

***

09.51

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs - E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR