İstənilən mümkün təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir.
APA-nın Tehran bürosunun İRNA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei İran ordusunun yüksək rütbəli komandirləri bugünkü görüşündə bildirib.
İranın Ali Rəhbəri görüşdə “düşmənlərlə güclü qarşıdurmaya hazır olmaq üçün ağıllı döyüş hazırlığını maksimum çəkindiriciliyin” zəruri şərtlərindən biri kimi qiymətləndirib.
O, istənilən səviyyə və xarakterli təhdidə dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməsinin vacibliyini bildirib.