İtaliyada keçirilən “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda Azərbaycan pavilyonu açılıb

İtaliyada keçirilən “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda Azərbaycan pavilyonu açılıb
# 31 oktyabr 2014 13:25 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. İtaliyanın Paestum şəhərində UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Arxeoloji park ərazisində XVII “Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası”nda rəsmi qonaq ölkə qismində iştirak edən Azərbaycana məxsus pavilyonun açılışı olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev, UNESCO baş direktorunun xüsusi müşaviri və ərəb ölkələri üzə Regional Dünya İrs Mərkəzinin direktoru Munir Buşenaki, İtaliyanın mədəni irs və fəaliyyətlər nazirinin müavini Antonia Pasqua Reçia və digər şəxslər iştirak ediblər.

Yarmarkada “Orta əsr Ağsu şəhəri”, “Orta əsr Şəmkir şəhəri”, “Azərbaycan arxeologiyası” adlı ingilis və italyan dillərində almanax, “Azərbaycanın mədəni və təbii irsi fotolarda” albomu, Azərbaycanın mövcud turizm imkanlarını əks etdirən 20-dən artıq çeşiddə çap məhsulu və başqa materialları paylanılıb.

Yarmarka çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Bakı Olimpiya Oyunları Əməliyyat Komitəsinin birgə tərəfdaşlığı ilə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının təqdimatı da baş tutacaq.

Azərbaycan pavilyonunda quraşdırılmış kinoteatrda həmçinin italyan və ingilis dillərində “Azərbaycan odlar yurdu” filminin, Azərbaycan irsinin və turizm potensialının təbliğinə həsr olunmuş video-kliplərin nümayişi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR