Merkel: “NATO-nun Rusiyaya münasibətdə strategiyası müdafiə xarakteri daşıyır”

Merkel: “NATO-nun Rusiyaya münasibətdə strategiyası müdafiə xarakteri daşıyır”
# 07 iyul 2016 11:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "NATO-nun Rusiyaya münasibətdə strategiyası müdafiə xarakteri daşıyır".

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel Bundestaqda çıxışı zamanı deyib. O bildirib ki, alyans Rusiyaya qarşı siyasətini “çəkindirmə və dialoq” əsasında qurur: “Bu iki proses bir-birindən ayrı ola bilməz. Biz razıyıq ki, Avropada davamlı sülhə Rusiyasız nail olmaq mümkün deyil”.

A. Merkelin sözlərinə görə, alyansın Şərqi Avropadakı üzvləri, əsasən də Polşa Rusiyanın fəaliyyətlərindən həddən artıq narahatdır. O qeyd edib ki, rəsmi Moskvaya olan etimad Ukrayna hadisələrindən sonra sarsılıb.

Kansler alyansın Baltikyanı bölgədə və Polşada güclənməsinin vacibliyinə də diqqət çəkib: “Almaniya bu tədbirlərə əhəmiyyətli töhfə verir”.

A. Merkel NATO-nun Avropada raket əleyhinə müdafiə sistemləri yerləşdirməsinin neytral xarakter daşıdığını və Rusiya əleyhinə yönəlmədiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR