“Exspressbank” aktivlərini 12% artırıb

“Exspressbank” aktivlərini 12% artırıb
# 24 oktyabr 2014 07:32 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Exspressbank”in aktivlərinin həcmi 2014-cü ilin III rübündə 285,961 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,61% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 28,42% artaraq 210,290 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 63,012 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 48,67% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi oktyabrın 1-nə 4,665 mln. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 3,21 dəfə çoxdur və kreditlərin hamısı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 26,63% azalaraq 35,065 mln. manat olub ki buda ümumi kredit portfelinin cəmi 16,67%-ni təşkil edir.

Bankın depozit portfeli 2014-cü ilin III rübündə 0,72% azalaraq 108,067 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 50,976 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 39,58% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 8,87% artaraq 130,735 mln. manata çatdığı halda, nizamnamə kapitalı 9,02% artaraq 122,456 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 41,35% artaraq 35,550 mln. manat, xərcləri isə təxminən 56.40% artaraq 28,334 mln. manata çatıb.

Cari ilin ilk doqquz ayı ərzində bankın əldə etdiyi mənfəət 7,216 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 76 bankomatı, 4 513 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR