DSMF-nin sədri Lerikdə vətəndaşları qəbul edib - FOTO - VİDEO

DSMF-nin sədri Lerikdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2015 09:45 (UTC +04:00)

Lerik. Ağəddin Babayev - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev sentyabrın 22-də Lerik şəhərində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının sakinləri E.Mehdiyevə əsasən pensiya təyinatı, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı təklif və müraciətlərini çatdırıblar. Qəbulda həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə təklif və şikayətlər də dinlənilib.

Qeyd edək ki, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nun rəsmi internet saytında (www.sspf.gov.az) qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının, habelə Lerik, Lənkəran, Astara, Masallı və Yardımlı rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbulda ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən qəbul zamanı DSMF-nunsədri hər bir vətəndaşın müraciətinii diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tabeliyindəki qurumların rəhbərlərinə tapşırıqlarını verib.

Fondun səlahiyyətlərindən kənar məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılıb və bu barədə aidiyyəti orqanlara müraciət edilməsi onlara tövsiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR