Bakıda bədəninə daş bağlayaraq özünü dənizə atan şəxsin kimliyi məlum olub

Bakıda bədəninə daş bağlayaraq özünü dənizə atan şəxsin kimliyi məlum olub
# 10 iyul 2014 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 4 gün öncə meyiti tapılan şəxsin kimliyi bəlli olub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin Cinayət Axtarış Şöbəsinin və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 6-da dənizdən meyiti tapılan naməlum şəxsin Ermənistanın Vedi rayonunda doğulan və Bakı şəhərinin Nizami rayonunda qeydiyyatda olan 1935-ci il təvəllüdlü İbrahim İsmayıl oğlu Səfərov olduğu müəyyənləşib.

Qeyd edək ki, hadisə Şıx çimərliyində qeydə alınıb. Şəxsiyyəti məlum olmayan kişi bədəninə daş bağlayaraq intihar məqsədilə özünü dənizə atıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR