Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, xəsarət alan var

Azərbaycanda hərbi yük maşını qatarla toqquşub, xəsarət alan var
# 30 oktyabr 2015 17:57 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.

Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR