DSMF sədri İmişlidə vətəndaşları qəbul edib - FOTO

DSMF sədri İmişlidə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 18 mart 2015 09:20 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Açıq qapı” şəraitində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, müraciətlər əsasən sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələləri əhatə edib. Müraciətlərin bir neçəsi məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.

Qəbul zamanı bütün müraciətlərə operativ şəkildə baxılıb və Fondun sədri qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin Fondun digər vəzifəli şəxslərinə konkret tapşırıqlar verib. DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.

Fondun məsul əməkdaşlarının və İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR