Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb

Ölkə çaylarında mövcud vəziyyət açıqlanıb
# 23 sentyabr 2015 10:12 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 85 m3/s olmaqla ongünlük normanın 61 faizini təşkil edir. 2014-cü ildə isə bu rəqəm 216 m3/s olmaqla ongünlük normanın 155 faizini təşkil edib. 

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2014-cü ildə isə bu göstərici 113 m3/s təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.
 

Sentyabrın 23-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 1, Bankədə 4 sm artım, Surrada 2, Araz çayının Novruzlu məntəqəsində isə 6 sm azalma qeydə alınıb. 
 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2014-cü il sentyabrın 23-də 307 sm), Şirvanda 201 sm (2014-cü il sentyabrın 23-də 135 sm), Salyanda 130 sm (2014-cü il sentyabrın 23-də 93 sm), Bankədə 158 sm (2014-cü il sentyabrın 23-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 45 sm (2014-cü il sentyabrın 23-də 28 sm) təşkil edir. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR