Vilayət Quliyev: “Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Vilayət Quliyev: “Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
# 09 iyul 2014 11:02 (UTC +04:00)

Bu barədə yaxın vaxtlarda məlumat veriləcək”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

V. Quliyev bildirib ki, Avropa Birliyinin digər ölkələri kimi, Macarıstan da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Biz Macarıstan parlamenti qarşısında erməni vəhşilikləri və Xocalı faciəsinin tanınması ilə bağlı iki dəfə məsələ qaldırmışıq. Təəssüf ki, bu məsələ komissiya iclasından o tərəfə getməyib. Bildiyiniz kimi, Macarıstanda erməni lobbisi güclüdür və onlar rəsmi 13 milli azlıqdan biri sayılır. Onlar bizə davamlı olaraq mane olmağa çalışsalar da, son illərdə bizim haqq işimizi, düzgün mövqeyimizi dəstəkləyənlərin sayı artmaqdadır. Macarıstan ictimaiyyəti ilə əlaqələrin inkişafı bizim üçün önəm daşıyır. Oradakı diasporumuzun da, səfirliyimizin də fəaliyyəti bu istiqamətə
yönəlib”.

Səfirin sözlərinə görə, hazırda elmi-mədəni sahədə münasibətlər daha çox inkişaf edib: “Macarıstanın ali tədris ocaqlarında mədəniyyətimizin, dilimizin və ədəbiyyatımızın təbliği istiqamətində işlər davam etdirilir. Artıq 24 macar vətəndaşı səfirliyin dəstəyi ilə Azərbaycan dilini öyrənib. Bundan başqa, Macarıstan hökuməti ilə əldə etdiyimiz razılaşmaya görə, bu ölkənin hökuməti Azərbaycandan olan 200 tələbənin müxtəlif ixtisaslar üzrə və təqaüdlə təhsil almasına vəsait ayıracaq. Bu ildən etibarən Macarıstanda təhsil alan gənclərimizin sayını daha da artıra biləcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR