Bakıda yol polislərinə xəsarət yetirən şəxslərdən narkotik vasitə götürülüb.

Bakıda yol polislərinə xəsarət yetirən şəxslərdən narkotik vasitə götürülüb.
# 22 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda yol polisinə xəsarət yetirən şəxslərdən tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də saat 02:30 radələrində, Cəfər Xəndan küçəsində xidmətdə olan Bakı şəhər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektorlarına xəsarət yetirməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri, “Nissan” markalı avtomobilin sürücüsü, 1986-cı il təvəllüdlü İlham Ağayev və Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa zərər vurma) və 128-ci (qəsdəm sağlamlığa yüngül zərər vurma )maddələri ilə axtarışda olan 1981-ci il təvəllüdlü Urman Aslanov tutulub. Araşdırma zamanı U.Aslanovun üzərindən 10,012 qram heroin, İ.Ağayevin avtomobilindən 2 ədəd kibrit qutusunda 6,75 qram marixuana aşkar olunaraq götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR