Paşha Bank
Bank Of Baku

BMT-nin Dövlət Xidmətləri Forumunda 500-ə yaxın xarici qonaq iştirak edəcək

BMT-nin Dövlət Xidmətləri Forumunda 500-ə yaxın xarici qonaq iştirak edəcək
# 20 iyun 2019 12:52 (UTC +04:00)

İyunun 24-26-da Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün 100-ə yaxın ölkədən 500-ədək xarici qonaq qeydiyyatdan keçib.

APA xəbər verir ki, bunu Forumla bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, Forum çərçivəsində qonaqlar  "ASAN Xidmət" mərkəzləri ilə yaxından tanış olacaqlar: "MyGov", "ASAN imza", "ASAN Viza", "ASAN ödəniş" , "ABAD", "ASAN xidmət" mərkəzlərini real şəkildə təqdim etmək imkanımız olacaq. Əminik ki, bu, "ASAN Xidmət"in daha geniş arealda yayılmasına ciddi töhfə olacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR