Bakı və Moskva metropolitenlərinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə edib - FOTO

Bakı və Moskva metropolitenlərinin rəhbərləri birgə layihələrin həyata keçirilməsini müzakirə edib - <span style="color: red;">FOTO
# 28 avqust 2015 14:55 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Moskva metropoliteni” Dövlət Unitar Müəssisəsinin rəisi Dmitri Peqovun başçılıq etdiyi, rəis köməkçisi Dmitri Danilovun, işçi heyətinin peşə təmayülü, təlimi və inkişafı xidmətinin rəisi Pavel Kovalyovun daxil olduğu nümayəndə heyətinin Bakıya ikigünlük səfərdə olub.

“Bakı Metroliteni”QSC-dən “APA-Economics”ə verilən məlumata görə, səfər proqramı çərçivəsində “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov nümayəndə heyəti ilə görüşüb. Z. Hüseynov bu səfərin hər iki şəhərin yeraltı ictimai dəmir yol nəqliyyatı üçün faydalı olacağına əminliyini ifadə edib. Bildirib ki, keçmiş SSRİ şəhərlərinin metropolitenləri arasında sıx əlaqələr həm formalaşmış ənənələrin qorunması, həm də yeni inkişaf dövründə elmi-texniki tərəqqinin, yeniliklərin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Moskva metropoliteninin rəisi Dmitri Peqov dəvətə görə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə təşəkkürünü bildirib və bu səfərdən sonra işgüzar əlaqələrin, dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Sonra qarşılıqlı əlaqələr, birgə layihələrin həyata keçirilməsi, mütəmadi fikir və təcrübə mübadiləsinin, işgüzar münasibətlərin dərinləşdirilməsi ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyətinə metropoliten ərazisində fəaliyyət göstərən istehsalat və xidmət sahələri barədə məlumat verilərək, iş şəraiti nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR