Azərbaycanda Sığorta-Tədris Mərkəzi yaradılır

Azərbaycanda Sığorta-Tədris Mərkəzi yaradılır
# 02 oktyabr 2014 12:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda Sığorta-Tədris Mərkəzi (STM) yaradılacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bu barədə assosiasiyanın Müşahidə Şurasının iclasında qərara alınıb.

Mərkəzin iki istiqamətdə fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

Belə ki, STM-də bir tərəfdən sığorta şirkətlərinin əməkdaşlarına və onlarla əməkdaşlıq edən sığorta agentlərinə peşəkar təlim keçiriləcək. Digər tərəfdən isə gənclər, o cümlədən tələbələr STM-də təlimə cəlb ediləcək. Məqsəd həm onların sığorta barədə biliyinin artırılması, həm də gələcəkdə sığorta sektoruna yönəldilməsidir.

İclasda həmçinin bu ay Almaniyanın Baden-Baden şəhərində keçirilməsi planlaşdırılan sığorta həftəsi çərçivəsində Azərbaycan gecəsinin təşkil olunması məsələsi müzakirə edilib, gecənin formatı müəyyənləşdirilib.

ASA-nın iclasında həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbər şəxsləri ilə sığorta şirkətlərinin rəsmi şəxslərinin rübdə bir dəfə olmaq şərti ilə görüşünün keçirilməsi məsələsinə baxılıb. İlk görüşün oktyabr ayında təşkil olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR