Dağıstanda DİN əməkdaşı qətlə yetirilib

Dağıstanda DİN əməkdaşı qətlə yetirilib
# 19 may 2015 23:50 (UTC +04:00)

Bakı-APA. Dağıstanın paytaxtı Mahaçqalada respublika Daxili İşlər Nazirliyinin əməkdaşı qətlə yetirilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, üzərində 4 güllə yarası olan polis əməkdaşı “Mahaçqala-Buynaksk” yolunun 5-ci km-də tapılıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaq-əməliyyat qrupu cinayətkarların “VAZ 217030” markalı avtomobildə hadisə yerini tərk etdiyi müəyyənləşdirilib. Onların saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR