NATO baş katibi: “Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsinə dəstək verəcəyik"

NATO baş katibi: “Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsinə dəstək verəcəyik"
# 08 iyul 2016 10:28 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “NATO-nun addımları onun beynəlxalq öhdəlikləri ilə üst-üstə düşür. NATO-nun mövqeyi kifiayət qədər aydındır: NATO qarşıdurma və yeni "soyuq müharibə" istəmir. "Soyuq müharibə" tarixdir və tarix olaraq qalmalıdır”.

APA-nın xəbərinə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq alyansın Varşava sammiti çərçivəsində ekspertlər forumunda çıxışı zamanı deyib. “Rusiya bizim ən böyük qonşumuz və Avropa təhlükəsizliyinin ayrılmaz hissədir. Dialoq çox vacibdir”, deyə o, söyləyib.

Baş katibin sözlərinə görə, Varşava sammiti həlledici bir zamana təsadüf edir: “Alyansın şərq cinahında - Estoniya, Latviya, Litva və Polşada rotasiya qaydası əsasında çoxmillətli batalyonların yerləşdirilməsi barədə qərar qəbul edəcəyik. Kanada, Almaniya, Birləşmiş Krallıq və ABŞ-a bu qüvvələrə rəhbərlik etməyə razılıq verdikləri üçün, Polşa və Baltikyanı ölkələrə isə bu qüvvələrə ev sahibliyi edəcəkləri üçün təşəkkür edirəm. Bu sammitdə hibrid və kibertəhlükələrə qarşı qüvvələrimizi artırmaqla bağlı qərarlar qəbul edəcəyik. Biz Əfqanıstan qüvvələrinə təlim keçilməsi öhdəliyimizə sadiqik. Və sammitdə İŞİD əleyhinə koalisiyanın dəstəklənməsi üçün AWACS təyyarələrinin göndərilməsini təsdiqləyəcəyik”.

Y. Stoltenberq qeyd edib ki, NATO Ukrayna, Gürcüstan və Moldovanın kənar təzyiqlərlə mübarizəsində və islahatlar keçirməsində yardımını davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR