Tərtərdə partlamamış hərbi sursat tapılıb

Tərtərdə partlamamış hərbi sursat tapılıb
# 24 iyun 2016 15:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən bu gün Füzuli və Tərtər rayonlarında 1 ferma, 3 əkin sahəsi və 8 partlayış yerinə baxış keçirilib. Baxış zamanı Tərtərdə 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülmüş və gün ərzində 10 780 kv.m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 24 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 549 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Agentlik əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR