Samarada quldurluqda təqsirləndirilən azərbaycanlı axtarışa verilib

Samarada quldurluqda təqsirləndirilən azərbaycanlı axtarışa verilib
# 31 avqust 2015 16:24 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Samara vilayətində qadına qarşı quldurluq edən azərbaycanlı axtarışa verilib.

APA-nın “Volqa nyus”-a istinadən verdiyi xəbərə görə, naməlum şəxs 63 yaşlı qadına hücum edərək qızıl-zinət əşyalarını əlindən alıb. Həmin şəxsin Azərbaycan vətəndaşı olduğu müəyyənləşdirilib. 24 yaşlı kişinin heç bir yerdə işləmədiyi və vilayətdə qeydiyyatsız yaşadığı məlum olub.

Hazırda şübhəlinin tutulması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR