Şəmkirdə tanışlar bir-birini bıçaqlayıb, biri ölüb, biri ağır xəsarətlər alıb - VİDEO

Şəmkirdə tanışlar bir-birini bıçaqlayıb, biri ölüb, biri ağır xəsarətlər alıb - <span style="color: red;">VİDEO
# 25 iyul 2014 07:12 (UTC +04:00)

Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Moral kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Mübariz Zamanov və onun tanışı, 1986-cı il təvəllüdlü Elşən Nəcəfov aralarında yaranmış münaqişə zəminində bir-birinə bıçaq xəsarətləri yetiriblər. M. Zamanov aldığı xəsarətdən dünyasını dəyişib.

E. Nəcəfov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR