İsrail dünən gecə Qəzzada HAMAS-ın 80-dən çox hədəfinə zərbə endirib

İsrail dünən gecə Qəzzada HAMAS-ın 80-dən çox hədəfinə zərbə endirib
# 11 oktyabr 2023 09:25 (UTC +04:00)

İsrail Silahlı Qüvvələri dünən gecə Qəzza zolağının Beyt-Hanun şəhərində HAMAS-ın 80-dən çox hədəfinə zərbə endirib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Ordunun Telegram kanalında dərc edilən mesajda deyilir: “Gecə ərzində döyüşçülər Qəzza zolağında Beyt-Hanunda 80-dən çox hədəfi vurub.

Hədəflər arasında İsrail ordusunun HAMAS tərəfindən istifadə edildiyini bildirdiyi iki bank şöbəsi, tunel və HAMAS-ın iki əməliyyat idarə mərkəzi olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR