“Azərbaycan Gürcüstan arasında ticarət-iqtisadi əlaqələr barədə danışmaq imkanımız olub”.
APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu ilin 9 ayında artıq ötən ilin 1 ili ərzində olan ticarət dövriyyəsindən artıq nəticə göstərilib: “Mövcud potensial əldə etdiyimiz nəticələrdən artıqdır. Azərbaycan Gürcüstana 4 milyarddan artıq investisiya yatırıb. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 460 milyon investisiya yatırılıb. Ötən ay iki ölkənin Baş nazirlərinin rəhbərliyi ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib”.