İraq ordusu Tikrit şəhərinə yaxınlaşır

İraq ordusu Tikrit şəhərinə yaxınlaşır
# 07 mart 2015 00:30 (UTC +04:00)

Bakı-APA. İraq hökumət qoşunları “İŞİD” terrorçu qruplaşmasının nəzarəti altında olan Tikrit şəhərinə yaxınlaşır.

APA-nın BBC-yə istinadən məlumatına görə, artıq İraq hərbçiləri Tikritdən 10 km cənubda yerləşən əl-Dur şəhərinə daxil olublar.

Qeyd olunur ki, yollar boyunca “İŞİD”in qara bayraqlarını İraq bayraqları əvəz edir. Küçələrdə dinc sakinlər gözə dəymir, hərbçilər silahlıları təqib etməkdə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR