ƏƏSMN ilk dəfə işaxtaran ali təhsilli gənclərin subsidiyalı əsaslarla məşğulluğuna dəstək prosesini genişləndirəcək

ƏƏSMN ilk dəfə işaxtaran ali təhsilli gənclərin subsidiyalı əsaslarla məşğulluğuna dəstək prosesini genişləndirəcək
# 18 iyul 2014 11:59 (UTC +04:00)


Bakı. Aynur Əliyeva- APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə icra olunan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin müsbət nəticələrini respublika miqyasında tətbiq etmək niyyətindədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, bununla əlaqədar ƏƏSMN tərəfindən müvafiq təkliflərin hazırlanaraq hökumətə təqdim olunması nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanda əhalinin, xüsusən gənclərin məşğulluğu sahəsində aparılan fəal siyasət bu sahədə BƏT-in ölkəmizlə əməkdaşlığına stimul yaradıb və ölkəmiz bu təşkilatın “MDB ölkələrində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsinə cəlb olunub. Layihənin əsas məqsədi gənclər üçün aktiv məşğulluq proqramlarının işlənib hazırlanması, həyata keçirilməsi və qiymətləndirilməsi sahəsində layihəyə cəlb olunan ölkələrin imkanlarının artırılmasıdır.

Həmin layihə əsasında ölkəmizdə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin icrasına başlanılıb. Bu layihə çərçivəsində məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR