Gürcüstanda Məmmədov soyadı gürcü soyadlarından sonra ikinci yerdədir

Gürcüstanda Məmmədov soyadı gürcü soyadlarından sonra ikinci yerdədir
# 28 fevral 2015 20:45 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Agentliyin açıqlamasına əsasən Tiflisdə ən çox Maysuradze, Tsiklauri, Qelaşvili soyadında adam yaşayır. Ölkə üzrə ümumilikdə 10 eyni soyad irəlidə gedir. Məlumata görə, Beridzelər-19 765, Məmmədovlar-19 294, Kapanadzelər-3 914, Qelaşvililər-13 505, Əliyevlər-13 118, Maysuradzelər-12 542, Giorqadzelər-10 710, Lomidzelər-9 581, Tsiklaurilər-9 499, Qvaratsxelia-8 815 soyadları qeydə alınıb.

Abxaziyada üç soyad çoxluq təşkil edib. Şonia soyadı-2 250, Qoqoxia-2 232, Qvaratsxelia-2 117. Acarıstanda da üç soyad daha çoxdur. Burada ən çox soyad Beridzelər-11 935, Bolkvadzelər- 6 261, Diasamidzelər-5 050 soyadı təşkil edir.

Qeyd edək ki, yalnız Kvemo Kartli bölgəsində ən çox Məmmədov soyadında sakin yaşayır. Samsxe-Cavaxetiyada isə-2 265 eyni soyadı olan erməni əhalisi yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR