ABŞ-da 11 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb

ABŞ-da 11 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb
# 14 dekabr 2014 03:26 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missisipi ştatında 11 avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, kompüter avadanlığı daşıyan yük avtomobilinin yolda qəfil aşması 4 yük maşınının və 6 minik avtomobilinin toqquşmasına səbəb olub. Nəticədə 4 nəfər hadisə yerində ölüb, daha 4 nəfər isə yüngül xəsarətlər alıb.

Qəza nəticəsində magistral yolda nəqliyyat vasitələrinin hərəkəti 6 saat dayandırılıb. Hazırda hərəkət bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR