Bakıda orta məktəbin həyətində meyit tapılıb

Bakıda orta məktəbin həyətində meyit tapılıb
# 30 iyul 2014 10:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda orta məktəbin həyətində meyit tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 29-da Binəqədi rayonunun Ziya Bünyadov küçəsində yerləşən 3 saylı orta məktəbin həyətində orada mühafizəçi işləyən Xaliq Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkarlanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR