Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

Avropa İttifaqı ölkələrinin XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
# 20 oktyabr 2014 11:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropa İttifaqının Xarici İşlər Şurasının bu gün keçiriləcək sessiyasında Ukraynadakı vəziyyət, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi istiqamətində atılan addımlar və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müzakirə olunacaq.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton deyib.

“Biz hazırkı vəziyyəti təhlil edəcəyik və növbəti addımları müəyyənləşdirəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqı Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi üçün Rusiyanın atdığı addımların Moskvaya qarşı sanksiyaların tam və ya qismən aradan qaldırılması üçün əsas amil ola biləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR