Bank Of Baku

Kapadokyada “Pəri bacası” uçub, 3 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Kapadokyada “Pəri bacası” uçub, 3 nəfər ölüb - VİDEO  - YENİLƏNİB
# 29 oktyabr 2026 19:05 (UTC +04:00)

Kapadokyada Göreme Açıq Hava Muzeyində baş vermiş uçqun nəticəsində ölənlərin sayı artıb.

NTV xəbər verir ki, hadisə nəticəsində daha bir nəfərin meyiti tapılıb, ölənlərin sayı 3-ə çatıb.

***

17:19

Kapadokyada Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası” uçub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb.

Uçqun altında qalanların olduğu bildirilir.

Axtarış-xilasetmə qrupları ərazidə işləri davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR