Ermənistanın baş naziri ABŞ-a səfər edəcək

Ermənistanın baş naziri ABŞ-a  səfər edəcək
# 10 oktyabr 2014 02:35 (UTC +04:00)

Bakı-APA. Ermənistan hökumətinin nümayəndə heyəti 10-12 oktyabr tarixində ABŞ-a işgüzar səfər edəcək. APA-nın məlumatına görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Vaşinqtonda Ermənistanın baş naziri Ovik Abramyan Dünya Bankının və Beynəlxalq Valyuta Bankının illik plenar iclasında iştirak edəcək. Nümayəndə heyəti İrəvanın ABŞ-dakı səfirliyində Ermənistanın müstəqillik gününə həsr olunmuş təntənəli tədbirdə iştirak edəcək.

Abramyanın həmçinin erməni icmasının nümayəndələri ilə görüşü nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR