Bakıda "VAZ" markalı minik və "Mercedes" markalı yük avtomobilləri yanıb

Bakıda "VAZ" markalı minik və "Mercedes" markalı yük avtomobilləri yanıb
# 02 may 2015 20:57 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bundan əvvəl paytaxtın Qaradağ rayonunda daha bir yanğın hadisəsi qeydə alınıb. Yanğın "Mercedes" markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR