Gəncədə yanğın baş vermiş evdə ev sahibəsinin əl və ayağı bağlanmış vəziyyətdə meyiti tapılıb - VİDEO

Gəncədə yanğın baş vermiş evdə ev sahibəsinin əl və ayağı bağlanmış vəziyyətdə meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 07 noyabr 2014 10:55 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, noyabrın 7-də saat 02 radələrində Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində yaşayan Pərvanə İsmayılovaya məxsus 1 otaqlı evdə yanğın baş verib, 15 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra evdə P.İsmayılovanın əl və ayaqları naqillə bağlanmış vəziyyətdə olan, qismən yanmış meyiti tapılıb.

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

***

07.39

Bakı - APA. Bu gecə Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.


APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m birotaqlı mənzildə baş verib. Nəticədə ev əşyaları 3 kv.m sahədə qismən yanıb. Hadisə zamanı yanğınsöndürənlər tərəfindən ev sahibi 1967-ci il təvəllüdlü İsmayılova Pərvanə Əziləddin qızının meyiti aşkar edilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR