Şəkidə avtomobil tikiliyə çırpılıb, sərnişin xəsarət alıb

Şəkidə avtomobil tikiliyə çırpılıb, sərnişin xəsarət alıb
# 27 oktyabr 2014 07:11 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə baş verən yol qəzasında bir nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Biləcik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

1966-cı il təvəllüdlü, Şəki rayonunun Baş Göynük kənd sakini Şahid Qnyaz oğlu Məmmədov idarə etdiyi “NAZ-Lifan” markalı 10 PT 655 dövlət nömrə nişanlı avtomobillə Şəkidən Qax rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun sağ hissəsində Biləcik kəndinin simvolunu göstərən tikiliyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, sürücünün 53 yaşlı qardaşı Zahid Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Şəki MRX-dan APA-ya verilən məlumata görə, Zahid Məmmədovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR