Bakıda özünü binadan ataraq öldürən gənc qızın kimliyi müəyyənləşib

Bakıda özünü binadan ataraq öldürən gənc qızın kimliyi müəyyənləşib
# 06 aprel 2015 07:29 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Aprelin 5-də Bakıda özünü binadan ataraq öldürən şəxsin kimliyi müəyyənləşib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Nəzrin Rasim qızı Hüseynlidir. O, özünü yaşadığı Məhəmməd Hadi küçəsi, 73 A ünvanında yerləşən 14 mərtəbəli binanın 10-cu mərtəbəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakıda gənc qızın özünü öldürdüyü barədə məlumat yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR