Almaniyanın “Sport1” telekanalı: Bakıda yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti inşa olunub

Almaniyanın “Sport1” telekanalı: Bakıda yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti inşa olunub
# 09 iyun 2015 07:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Almaniya mediası Bakı 2015 ilk Avropa Oyunlarını “Avropa Olimpiya Oyunları” kimi təqdim edib və bu yarışların Avropa qitəsi üçün böyük əhəmiyyətə malik olduğunu yazıb. APA-nın məlumatına görə, “Sport1” telekanalının veb-səhifəsində dərc edilən məqalədə bildirilir ki, yarışların Qafqazın ən iri şəhəri və əhalinin ən sıx yaşadığı Bakıda keçirilməsi təsadüfi deyil: “Bu şəhərdə oyunların keçirilməsi üçün yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti avropalı idmançıların ixtiyarına verilib”.

70 min tamaşaçı tutumlu Bakı Olimpiya Stadionu isə xüsusi əhəmiyyətli idman obyekti kimi təqdim olunur. Oyunların açılış mərasimini ən azı 65 min tamaşaçının izləyəcəyi xüsusi vurğulanır: “Almanlar üçün Bakı 2015 Avropa Oyunları həm də ona görə əhəmiyyətlidir ki, burada qalib olan idmançılar 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaqlar. Bu baxımdan alman hökuməti qalib gələcək idmançılara yüksək məbləğli pul mükafatı da vəd edib”.

Qeyd edək ki, “Sport 1” telekanalı Avropa Oyunlarını canlı yayımlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR