“DəmirBank” Beynəlxalq Gənclər günü ilə bağlı tədbir keçirib

“DəmirBank” Beynəlxalq Gənclər günü ilə bağlı tədbir keçirib
# 15 avqust 2014 10:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avqustun 12-də Beynəlxalq Gənclər günü münasibəti ilə “DəmirBank” İB Club gənclər klubu ilə bərabər “Dəmir kimi MÖHKƏM OL!” adlı tədbir keçirib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 250-dən çox müxtəlif təhsil müəssisələrində oxuyan tələbə və ya məzunlar iştirak edib.

Tədbirdə gənclərə bankın 25 illik tarixi, buradakı karyera imkanları, bankın bir sıra əməkdaşlarının uğur hekayələri və həmçinin bir sıra faydalı məhsul və xidmətlər barədə məlumat verilib.

Həmçinin layihə çərçivəsində gənclərin “MÖHKƏM OL!” konsepti ilə bağlı düşüncələrini əks etdirən video müsabiqə elan olunub. Müsabiqənin nəticəsində 3 nəfərin hazırladığı video materiallar yaradıcılıq, konseptə uyğunluq, aktyorluq və digər kriteriyalar üzrə qiymətləndirilərək hədiyyələrə layiq görülüb.

Qeyd edək ki, “DəmirBank” fəaliyyət göstərdiyi 25 il ərzində bir çox nailiyyətlər əldə edib və ölkədə aparıcı banklardan birinə çevrilib. Bankın səhmdarları sırasında beynəlxalq maliyyə təşkilatlarının olması, Bankın yüksək reytinqləri, geniş çeşiddə bank xidmətləri, 33 filialdan ibarət xidmət şəbəkəsi və on minlərlə müştəriləri bu nailiyyətlərin göstəricisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR