Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda bir gündə iki yanıq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, birinci hadisə rayonun Vilvan kəndində qeydə alınıb. Kənd sakini, 2005-ci il təvəllüdlü Nihad Səmədovun üzərinə diqqətsizlik səbəbindən qaynar samovar aşıb. Nəticədə uşaq kürək və bel nahiyəsinin 2-3-cü dərəcəli termiki yanıqları diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Digər hadisə də diqqətsizlik səbəbindən baş verib. Belə ki, Lənkəran şəhərinin M.F.Axundov küçəsi, 20 ünvanında yaşayan 2012-ci il təvəllüdlü Aysel Əlizadənin üzərinə tökülən qaynar su körpənin 2-3-cü dərəcəli termiki yanığın alması ilə nəticələnib. Lənkəran MRX-da ona müvafiq tibbi yardım göstərilib.
Hazırda hər iki uşağın vəziyyətinin stabil olduğu bildirilir.