Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 29 Oktyabr
# 28 oktyabr 2015 17:08 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriyada maraqlar mübarizəsində Rusiyanın bir addım önə çıxması ABŞ-ı seçim qarşısında qoyur. Ya Rusiya faktoru ilə barışmaq və münaqişəni maksimum genişləndirərək Moskvanı Suriya bataqlığında batırmaq, yaxud quru əməliyyatlarına başlayıb, Rusiya əleyhinə pozulmuş balansı bərpa etmək. Birinci variant Böyük Ortadoğu layihəsinin rəsmən dəfn olunması deməkdir, ikinci variant isə üzləşəcəyi siyasi və iqtisadi problemlər fonunda ABŞ-a çox az divident gətirəcək. Bu səbəbdən ABŞ iki yol arasında ortaq variantı seçməli olur – quru əməliyyatlarına başlayacağı görüntüsü yaratmaq, bu görüntünü rəsmi şəxslərin bəyanatları ilə qüvvətləndirmək. Bu, ABŞ-ın Suriya münaqişəsinin həllinə dair danışıqlar prosesində əlini az da olsa gücləndirəcək. Pentaqon rəhbərinin Suriyada quru əməliyyatlarına başlamağın mümkünlüyü barədə bəyanatlarını bu prizmadan dəyərləndirmək lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR