Paytaxtın Xəzər rayonunda oğurluq edən qadınlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 29-da rayon ərazisindəki evlərin birindən 200 manat və 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən P.Nadirova və qrupun digər üzvü - Yevlax şəhər sakini F.Abdullazadə saxlanılıblar.