Hüquq müdafiəçisi polis şöbələrinin saxlanma yerlərində monitorinq keçirib

Hüquq müdafiəçisi polis şöbələrinin saxlanma yerlərində monitorinq keçirib
# 30 aprel 2013 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Biləsuvar, Lənkəran, Cəlilabad, Masallı rayon pölis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən E. Behbudov monitorinq zamanı qeyri-insani rəftar və işgəncə ilə bağlı müraciət edənlərin olmadığını bildirib: “Lənkəran Şəhər Polis İdarəsindən mənə bir neçə şikayət məktubu daxil olmuşdu. Mən də həmin şikayətləri idarənin rəisi Möhübbət Hüseynova çatdırdım. Söz verdi ki, həmin problemlər araşdırılacaq və həll olunacaq. Saxlanma ilə bağlı da bir sıra xırda nöqsanlar aşkar olundu. Hansı ki, onları aradan qaldırmaq mümkündür. Mən bununla bağlı tövsiyələrimi çatdırdım. Qeyd edim ki, cənub zonasında saxlanılanların çoxu narkotik vasitələrin istifadəçisi və yaxud da alveri ilə məşğul olan şəxslərdir ”.


E. Behbudov monitorinqlərin nəticələri barədə daxili işlər naziri Ramil Usubova arayışla məlumat verəcəyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR